AZ

UKMTO: İran limanlarına giriş məhdudlaşdırılıb, neytral gəmilərə güzəşt müddəti verilib

İran limanları və sahil sularına çıxışla bağlı yeni məhdudiyyətlər tətbiq edilib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) xəbərdarlıq edib.

Məlumata görə, hazırda İran limanlarında olan neytral gəmilərə ərazini tərk etmələri üçün məhdud güzəşt müddəti verilib.

Qurumun bildirdiyinə görə, bu məhdudiyyətlər İranın bütün sahil xəttini, o cümlədən limanları və enerji infrastrukturunu əhatə edir və limanlar, neft terminalları və sahil obyektləri ilə əlaqədə olan bütün gəmilərə şamil olunur.

UKMTO qeyd edib ki, boğazdan İranla əlaqəsi olmayan istiqamətlər üzrə tranzit keçidlərə hazırda maneə barədə məlumat yoxdur. Lakin gəmilər hərəkət zamanı hərbi müdaxilə, yönləndirilmiş rabitə və ya yoxlama prosedurları ilə qarşılaşa bilərlər.

Gəmilərə yüksək diqqətli olmaları, körpüdə maksimum hazırlıq vəziyyətini təmin etmələri və rabitə zamanı ehtiyatlı davranmaları tövsiyə olunub.

Seçilən
28
6
apa.az

9Mənbələr