İran limanları və sahil sularına çıxışla bağlı yeni məhdudiyyətlər tətbiq edilib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb.
Məlumata görə, hazırda İran limanlarında olan neytral gəmilərə ərazini tərk etmələri üçün məhdud güzəşt müddəti verilib.
Bu məhdudiyyətlər İranın bütün sahil xəttini, o cümlədən limanları və enerji infrastrukturunu əhatə edir və limanlar, neft terminalları və sahil obyektləri ilə əlaqədə olan bütün gəmilərə şamil olunur.