AZ

Azərbaycanda sənaye məhsulları istehsalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələrivə bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14 milyard 870,6milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə realifadədə 0,2% çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 5milyard 144,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eynidövrünə nisbətən 7,2% artım deməkdir.

Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 29milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalolunub.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3%azdır.

Dövr ərzində neft-qaz ÜDM-nin dəyəri 8 milyard 531,6 milyonmanat, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 21 milyad 171,6 milyonmanat təşkil edib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin neft-qazÜDM-nin dəyəri 1,2% azalıb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2%artıb.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

7Mənbələr