Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14 milyard 870,6 milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib.
Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% çoxdur.
Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 5 milyard 144,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artım deməkdir.
Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.
Dövr ərzində neft-qaz ÜDM-nin dəyəri 8 milyard 531,6 milyon manat, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 21 milyad 171,6 milyon manat təşkil edib.
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2% azalıb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2% artıb.