AZ

Sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb - ADY

Bu ilin I rübündə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.
Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib. "Bu vandallıq aktı nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər", -məlumatda qeyd edilib. Bildirilib ki, qatarlara daş atanlar əsasən azyaşlılardır:

"Bunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir".

Seçilən
11
24
buta.tv

10Mənbələr