AZ

Sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb ADY

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu ilin I rübündə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.

Bu barədə Axar.az-a səhmdar cəmiyyətdən bildirilib.

"Bu vandallıq aktı nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, qatarlara daş atanlar əsasən azyaşlılardır:

"Bunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
24
axar.az

10Mənbələr