AZ

Merz: Avropa Rusiya-Ukrayna prosesində masada olmaq istəyir

Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa ABŞ-ın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında aparılan sülh prosesində iştirak etməlidir.

Turkustan.az xəbər verir ki, baş nazir Merz Almaniya–Ukrayna hökumətlərarası məsləhətləşmələri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib.

Bir jurnalistin “Almaniya Ukraynanın ən böyük dəstəkçilərindən biridir. Lakin Almaniya və digər Avropa ölkələri Ukraynaya sülh gətirmək səylərində danışıqlar masasında təmsil olunmur. Avropalılar bu prosesdən kənarda qalmağa nə qədər dözə bilərlər?” sualına cavab olaraq Merz bir daha vurğulayıb ki, Avropalılar olmadan Rusiya ilə heç bir razılaşma əldə edilməyəcək.

Fridrix Merz qeyd edib ki, Avropa həm prosesin, həm də mümkün sülh müqaviləsinin bir hissəsi olmalıdır: “Əgər Amerika hökuməti Avropanın hər hansı bir müqaviləni imzalamasını istəyirsə və bu imza vacibdirsə, o zaman Avropa da bu prosesdə iştirak etməlidir.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
32
22
turkustan.az

10Mənbələr