AZ

Umud Rəhimoğlu: “Mina plastik tərkibli olub, detektorlara reaksiya verməyib”

Azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də insanların həyatını təhdid etməkdə davam edir. Bu gün Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində baş verən faciə – minatəmizləmə zamanı gənc əməkdaşın həlak olması bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha gündəmə gətirdi.

ANAMA yanında İctimai Şurasının sədri Umud Rəhimoğlu Musavat.com-a danışaraq, mina probleminin miqyası və yaratdığı təhlükələrə diqqət çəkib. Onun sözlərinə görə, bu problem hələ də insanların həyatı üçün ciddi təhlükə mənbəyidir: “Bu, çox sarsıdıcı və üzücü bir hadisədir. Baş verən hadisə mənim doğulduğum kəndlə bağlıdır. Dərindən sarsıldım”.

images.jpeg

Onun sözlərinə görə, son dövrlərdə xüsusilə təmizləmə əməliyyatlarının getdiyi ərazilərdə mina hadisələri ard-arda baş verir: “ Bu, onu göstərir ki, qarşıda bizi hələ daha çirkli və riskli ərazilər gözləyir. Çirkli ərazilərə yaxınlaşdıqca problemlər də artır. Konkret bu ərazidən danışsaq, mina xeyli dərində olub və plastik tərkibli olduğu üçün detektorlara reaksiya vermir. Bu səbəbdən minatəmizləmə zamanı belə faciəvi hadisələr baş verir. Bu dəfə də əməkdaş iş prosesində təhlükəsizlik xətti açarkən minaya düşərək həyatını itirib. Bu, çox üzücü hadisədir. Ən üzücü tərəfi isə onun gənc olması idi”.

U.Rəhimoğlunun sözlərinə görə, dünyada davam edən münaqişələr də mina problemini daha da aktuallaşdırır: “Bu gün müxtəlif regionlarda – İran, Qəzza, Ukrayna və digər ərazilərdə baş verən hadisələr mina problemini daha da genişləndirir. Təəssüf ki, beynəlxalq təşkilatların bu sahədə gücdür.
O vurğulayıb ki, Azərbaycan bu problemi əsasən öz imkanları hesabına həll etməyə çalışır: “Azərbaycan torpaqlarını necə ki azad etdi, bu gün problemləri öz gücü ilə həll etməyə çalışır№.

Afaq Mirayiq,
Musavat,com

 

Seçilən
7
1
musavat.com

10Mənbələr