AZ

Dövlət Departamenti Livana növbəti humanitar yardım ayırdı

ABŞ Dövlət Departamenti Livana yeni humanitar proqramlar üçün 58,8 milyon dollar ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə "NBC News" ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məmurun sözlərinə görə, ABŞ Dövlət Departamenti Vaşinqtonda Livan və İsrail səfirləri arasında keçirilən və Amerikanın dövlət katibi Marko Rubionun da qatıldığı görüşdə məcburi köçkün livanlılara həyati əhəmiyyətli yardım göstərmək üçün yeni humanitar proqramlar üçün 58,8 milyon dollar ayırıb.

Maliyyələşdirmə münaqişədə ən çox zərər çəkən əhaliyə ərzaq, su, sığınacaq və təcili yardım göstərmək üçün istifadə olunacaq.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, İsrail və "Hizbullah" arasında döyüşlər səbəbindən 1 milyondan çox Livan vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb.

Seçilən
4
50
unikal.az

10Mənbələr