AZ

Tunisdə daşqınlar 1 nəfər ölüb, təhsil dayandırılıb

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tunisdə əlverişsiz hava şəraiti daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətlə əlaqədar bəzi bölgələrdə təhsil dayandırılıb, bir nəfər ölüb.

Kairouan əyalətinin Hafouz bölgəsində avtomobildə olan gənc oğlanı sel suları aparıb və o, həyatını itirib.

Mülki müdafiə və təhlükəsizlik qrupları gəncin cəsədini çıxararkən, avtomobildəki digər 3 nəfər isə xilas edilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Sus, Monastir, Manouba və paytaxt Tunis də daxil olmaqla bir çox bölgədə imtahanlar təxirə salınıb, şimal-qərbdə Cendouba əyalətinin Ain Draham və Tabarka rayonlarında isə təhsil dayandırılıb.

Yerli hakimiyyət orqanları vətəndaşları çay yatağından uzaq durmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıb.

Tunisin Milli Meteorologiya İnstitutunun məlumatlarına əsasən, ölkənin bütün ərazisində, xüsusilə şimal və mərkəzi bölgələrdə tufan və leysan yağışlarının davam edəcəyi gözlənilir.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
5
525.az

6Mənbələr