AZ

Ukrayna millisinin baş məşqçisinə 5 milyonluq təklif

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov karyerasını klub səviyyəsində davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "Sportarena" portalı məlumat yayıb.

51 yaşlı mütəxəssisə artıq iki təklif var. Biri ona ildə 5 milyon avro ödəməyə hazır olan BƏƏ klubundan, digəri isə yaxın gələcəkdə Rebrovla müqavilə bağlamağa hazır olan Yunanıstan "Panatinaikos"undan. 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Rebrovun "mavi-sarılar"ın baş məşqçisi olaraq qalmaq üçün maaşının azaldılmasına hazır olduğu barədə xəbərlər yayılmışdı. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
28
sport24.az

10Mənbələr