K.Qafarov qeyd edib ki, Zərifə Əliyevanın fəaliyyəti təkcə elmi müstəvidə deyil, humanist dəyərlər baxımından da xüsusi əhəmiyyət daşıyır: "Zərifə xanım kimsəsiz uşaqlara qayğı göstərilməsi istiqamətində də mühüm işlər görüb, uşaq evlərində yayılan xəstəliklərin qarşısının alınmasına böyük diqqət ayırıb. Respublikanın müxtəlif bölgələrində aparılan araşdırmalar və həyata keçirilən müalicə-profilaktik tədbirlər onun genişmiqyaslı fəaliyyətinin tərkib hissəsi idi. Akademik tərəfindən aparılan uzunmüddətli müşahidələr və tədqiqatlar nəticəsində doktorluq dissertasiyası hazırlanmış və Moskvanın nüfuzlu elmi mərkəzlərindən birində uğurla müdafiə olunmuşdur. Onun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, 1977-ci ildə tibb elmləri doktoru adına layiq görülmüşdür. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Eyni zamanda, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində mühüm rol oynayan, ailə dəyərlərinə sadiq, qayğıkeş və fədakar bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Anım gününü qeyd etdiyimiz Zərifə xanımın yüksək insani keyfiyyətləri, elmə və cəmiyyətə verdiyi töhfələr bu gün də müasir Azərbaycan gəncliyi üçün örnək təşkil edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31