Aktyor Fərda Xudaverdiyev "Qonaqcanlı" proqramında qonaq olub.
Publika.az xəbər verir ki, aktyor ilk evliliyindən olan uşaqları ilə ikinci ailəsindən olan oğullarını hələ tanış etməyini açıqlayıb.
"Uşaqlarımı hələ bir-biri ilə görüşdürməmişəm. Zaman lazımdır, hələ var. Çünki Rinat və Raul hələ balacadırlar. Bir-birilərini çox qısqanırlar. Bu, aydın məsələdir. Çünki yaradılış belədir. Rəqabət evdən başlayır. Bizim özümüz də körpə vaxtı belə olmuşuq. Valideyn birinə rəngli, digərinə solğun nəsə alanda belə düşünürlər ki, onda məni çox istəmir" deyə, Fərda söyləyib.