AZ

Uşaqlarımı hələ bir biri ilə görüşdürməmişəm

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Tanınmış aktyor Fərda Xudaverdiyev "Qonaqcanlı" proqramında ailə həyatı ilə bağlı maraqlı məqamlara toxunub. Sənətçi müxtəlif nikahlardan olan övladlarının hazırkı münasibətləri və onların bir-biri ilə hələ tanış olmaması barədə danışıb.Aktyor bildirib ki, ilk evliliyindən olan uşaqları ilə ikinci ailəsindən olan oğullarını hələ bir araya gətirməyib. Onun sözlərinə görə, bu görüşün baş tutması üçün müəyyən zamana ehtiyac var. Fərda Xudaverdiyev övladları Rinat və Raulun hələ kiçik olduqlarını və aralarında qısqanclıq hissinin güclü olduğunu vurğulayıb."Uşaqlarımı hələ bir-biri ilə görüşdürməmişəm. Zaman lazımdır, hələ var. Çünki Rinat və Raul hələ balacadırlar. Bir-birilərini çox qısqanırlar. Bu, aydın məsələdir. Çünki yaradılış belədir. Rəqabət evdən başlayır. Bizim özümüz də körpə vaxtı belə olmuşuq. Valideyn birinə rəngli, digərinə solğun nəsə alanda belə düşünürlər ki, onda məni çox istəmir" deyə, aktyor qeyd edib.Xatırladaq ki, Raul və Rinat aktyorun ikinci evliliyindən dünyaya gəlib. Sənətçinin ilk evliliyindən də iki övladı var.(axsam.az)Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
demokrat.az

6Mənbələr