ABŞ və İran mövcud atəşkəsin 22 aprel tarixindən sonra da uzadılması barədə razılığa gəlib.
Azpost.info bildirir ki, bu barədə “Associated Press“ vasitəçilərə istinadən məlumat yayıb.
Region rəsmilərinin sözlərinə görə, ABŞ və İran arasında atəşkəsin uzadılması istiqamətində vasitəçilik səylərində irəliləyiş var. Tərəflərin yaxın vaxtlarda yenidən danışıqlar masasına qayıtması gözlənilir.
Rəsmilər qeyd edib ki, vasitəçilər 22 apreldə başa çatmalı olan atəşkəsin ən azı daha iki həftə uzadılmasını gözləir. Onarın sözlərinə görə, hər iki tərəf atəşkəsin uzadılmasına prinsipcə razılıq verib.
Vasitəçilik prosesində iştirak edən rəsmilərdən biri deyib ki, əsas üç mübahisəli mövzu – nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatları üzrə kompromis hazırlanır.