AZ

ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəlib - “Associated Press”

ABŞ və İran danışıqların davam etdirilməsi üçün mövcud atəşkəsin 22 aprel tarixindən sonra da uzadılması barədə prinsipcə razılığa gəlib.

Bu barədə “Associated Press“ vasitəçilərə istinadən məlumat yayıb.

Region rəsmilərinin sözlərinə görə, ABŞ və İran arasında atəşkəsin uzadılması istiqamətində vasitəçilik səylərində irəliləyiş var və tərəflərin yaxın vaxtlarda yenidən danışıqlar masasına qayıtması gözlənilir.

Rəsmilər qeyd ediblər ki, vasitəçilər 22 apreldə başa çatmalı olan atəşkəsin ən azı daha iki həftə uzadılmasını və bunun diplomatiyaya əlavə imkan verməsini hədəfləyir. Onların sözlərinə görə, hər iki tərəf atəşkəsin uzadılmasına prinsipcə razılıq verib.

Vasitəçilik prosesində iştirak edən rəsmilərdən biri bildirib ki, əsas üç mübahisəli mövzu - nüvə proqramı, Hörmüz boğazı və müharibə təzminatları üzrə kompromis hazırlanır.

Seçilən
0
10
herbiand.az

10Mənbələr