AZ

Birinci rübdə tikinti sektoruna 800 milyon manata yaxın investisiya yatırılıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti sektoru üzrəəsas kapitala yönəldilmiş investisiyaların dəyəri 798,2 milyonmanat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 12,9% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 19,7%-ə bərabər olub.

Dövr ərzində tikinti sektoruna yönəldilmiş investisiyalardan510,4 milyon manatı mənzi tikintisi üzrə olub ki, bu da illikmüqayisədə 26,6% azdır. Mənzil tikintisi üzrə əsas kapitalayönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 12,6%-ə bərabərolub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiyayönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi isə 2,2 faiz çox olub.

Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faiziməhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

10Mənbələr