AZ

Türkiyə Superliqası: “Beşiktaş” 3 xalı 4 cavabsız qolla qazanıb

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış oyunlara start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk gündə dörd qarşılaşma baş tutub.

Matçların üçündə qonaqlar qələbə qazanıblar. Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Beşiktaş" səfərdə "Çaykur Rizəspor"u 4 cavabsız qolla üstələyib. Qonaqların heyətində Miloş Raşitsa, Semih Kılıçsoy (2) və Cenk Tosun fərqləniblər.

Bu qələbə ilə xallarını 32-yə çatdıran "Beşiktaş" dördüncü pilləyə yüksəlib. 29 xalı olan "Çaykur Rizəspor" isə altıncıdır.

Günün digər oyunlarında "Başakşehir" "Kasımpaşa"nı 3:0, "Alanyaspor" "Pendikspor"u 1:0 hesabı ilə məğlub edib, "Alanyaspor" - "Ankaragücü" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Seçilən
149
11
sia.az

9Mənbələr