AZ

“Beşiktaş” 3 xalı 4 cavabsız qolla qazandı

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış oyunlara start verilib.

Publika.az xəbər verir ki, ilk gündə dörd qarşılaşma baş tutub.

Matçların üçündə qonaqlar qələbə qazanıblar. Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Beşiktaş" səfərdə "Çaykur Rizəspor"u 4 cavabsız qolla üstələyib. Qonaqların heyətində Miloş Raşitsa, Semih Kılıçsoy (2) və Cenk Tosun fərqləniblər.

Seçilən
169
11
publika.az

9Mənbələr