AZ

Çempionlar Liqası: Bavariya Real Madrid oyununda yeddi qol

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Ölkə.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada rəqibinə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olub. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə əldə etdiyi üçün üstünlük ev sahiblərində olub. Bu matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.

Daha əvvəl baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
olke.az

10Mənbələr