UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Azreform.info xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada rəqibinə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olub. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə əldə etdiyi üçün üstünlük ev sahiblərində olub. Bu matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.
Daha əvvəl baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.