Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb.
Msport.az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında “Riçmond Kikers” klubuna qarşı matçda əvəzlənmədən meydanda olub.
21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.
Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.