Nəriman Axundzadə "Kolambus Kryu”nun heyətində ilk dəfə start heyətində meydana çıxıb.
"Football-plus.az" xəbər verir ki, o, ABŞ Kubokunun 1/32 finalında “Riçmond Kikers”ə qarşı matçda əvəzlənmədən meydanda olub.
21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.
ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta