AZ

Nərimanovda ağacların kəsilməsinə rəsmi REAKSİYA FOTOLAR

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, şikayətdə bildirilir ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqları və yonqar qalıqları isə əraziyə səpələnib.

Sakinlərdən biri deyib ki, ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum deyil.

Faiq Yusifov küçəsi 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Cebheinfo.az”-a bildirib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

“Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının köküstə quru vəziyyətdə olduğu müəyyən edilib. 

Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib”.

İ.İbrahimovanın sözlərinə görə, quru ağacların götürülməsi işləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
cebheinfo.az

7Mənbələr