AZ

Nərimanovda ağacların kəsilməsinə rəsmi REAKSİYA - FOTOLAR

Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

Faiq Yusifov küçəsi 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Cebheinfo.az”-a bildirib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

“Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının köküstə quru vəziyyətdə olduğu müəyyən edilib. 

Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib”.

İ.İbrahimovanın sözlərinə görə, quru ağacların götürülməsi işləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

Seçilən
0
6
cebheinfo.az

7Mənbələr