AZ

Bakıdan Kürdəmirə rəmzi qatar yola düşdü

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
BUTA.TVxəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Bilet satışı aprelin 17-dən başlayır.

Bakıdan Kürdəmirə qatar 3 saat 11 dəqiqəyə çatacaq.

Seçilən
0
8
buta.tv

10Mənbələr