"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb.
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
"Far.Az" xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı aprelin 17-dən başlayır.