ain.az, Redaktor.az saytına istinadən bildirir.
İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü ABŞ ilə mümkün razılaşmanın gələcəkdə münasibətlərin normallaşdırılmasına yol aça biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə iranlı qanunverici Əhməd Baxşayeş Ərdəstani açıqlama verib.
O qeyd edib ki, ABŞ ilə istənilən razılaşma iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün başlanğıc ola bilər.
Ərdəstani müxtəlif ölkələrə, o cümlədən Vyetnama istinad edərək, keçmişdə müharibə aparan tərəflərin sonradan diplomatik münasibətlər qurduğunu xatırladıb.
O, ABŞ Prezidenti Donald Trampın mümkün razılaşmadan siyasi qələbə əldə etməyə çalışdığını da bildirib və bunun danışıqlarda tərəflərin mövqelərinə təsir etdiyini qeyd edib.
Qanunverici İranın uranın zənginləşdirilməsi hüququnu qoruyacağını və sanksiyaların yumşaldılması qarşılığında neft satışında daha sərbəst imkanlar gözlədiyini vurğulayıb.
Eyni zamanda o xəbərdarlıq edib ki, sanksiyalar ləğv edilməzsə, İran Hörmüz boğazı üzərində təzyiq alətlərini yenidən aktivləşdirə bilər.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.