AZ

AÇ: Daha dörd cüdoçumuz mübarizəyə başlayır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə start verəcək.

Yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı

81 kq, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə

Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

90 kq, 1/16 final

Murad Fətiyev – Aleks Kret (Rumıniya)

70 kq, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)

Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur. Hazırda idmançılarımızın hesabında üç medal var (0-1-2). Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) isə bürünc medal qazanıblar.

Avropa çempionatına sabah, aprelin 19-da yekun vurulacaq.

Seçilən
2
4
fanat.az

7Mənbələr