AZ

Avropa çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur

Tbilisi, 18 aprel, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər

81 kiloqram, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) /Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

90 kiloqram, 1/16 final

Murad Fətiyev – Aleks Kret (Rumıniya)

Qadınlar

70 kiloqram, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Müxbir - Aynur Əlixanlı

Seçilən
17
4
azertag.az

7Mənbələr