AZ

Türkiyə limanlarından dünya bazarlarına - Martda milyonlarla ton kənd təsərrüfatı məhsulu yola salınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bu ilin mart ayında Türkiyə limanlarından 4 milyon 431 min 40 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 329 min 564 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 443 min 394 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin mart ayında Türkiyə limanlarından tranzit olaraq 8 min 772 ton kənd təsərrüfatı məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 134, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 474 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Seçilən
0
17
turkic.world

10Mənbələr