AZ

“ABŞ nin heç bir təklifi qəbul olunmayacaq” İran

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran danışıqlarla bağlı mövqeyini sərtləşdirib.

Redaktor.az xəbər verir ki, İbrahim Əzizi “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, danışıqların davam etdirilməsi “hər şərtə razılaşmaq” anlamına gəlmir və İran ABŞ-nin heç bir təklifini qəbul etməyə hazır deyil.

Məlumata görə, o qeyd edib ki, Tehran hazırkı danışıqları ayrıca siyasi proses deyil, mövcud gərginliyin davamı kimi qiymətləndirir.

Əzizi vurğulayıb ki, əgər danışıqlarda İranın mövqelərini əks etdirən nəticələr əldə olunarsa, bu proses tərəf üçün fürsət ola bilər. Lakin onun sözlərinə görə, ABŞ bu platformadan öz “maksimalist tələblərini” irəli sürmək üçün istifadə etməməlidir.

Komitə rəhbəri əlavə edib ki, İran artıq “qırmızı xətlər” müəyyən edib və bu xətlərə hörmət olunmalıdır.

Məlumata görə, aprelin 19-da ABŞ Prezidenti Donald Trump nümayəndələrinin İranla danışıqlar üçün İslamabada getdiyini açıqlayıb. ABŞ-nin BMT-dəki nümayəndəsi də danışıqların tezliklə bərpa oluna biləcəyini bildirsə də, İran tərəfinin ikinci mərhələdə iştirakdan imtina etdiyi qeyd olunur.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
redaktor.az

10Mənbələr