Bakı.Trend:
Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuqməhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli)uyğunsuzluq aşkarlanıb.
Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda"salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsiləkeçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya -red) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb,Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların HüquqlarınınMüdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracındayandırılmasına dair müraciət ünvanlanıb.