
Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.Bu barədə Ulusum.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Diqqət Çəkənlər
Azərbaycan buğda idxalını 29 % artırıb
Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır
Bütün dünyaya mesaj