AZ

Sürücünün səhlənkarlığı yolayrıcında təhlükəli anlar yaşatdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda qaydaları pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də, paytaxtın Səməd Vurğun küçəsilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-KF-834 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. O, sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyərək qəza şəraiti yaradıb. Üstünlüyə malik olan avtomobilin sürücüsü işıq siqnalı ilə xəbərdarlığa məhəl qoyulmadığını görən anda tormoz verərək qəzadan yayınıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
23
avtosfer.az

10Mənbələr