AZ

Xəttin üzəri ilə hərəkət edib təhlükə yaratdı; xəstəm var deyib özünü haqlı saydı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 25-də, paytaxtın 8 Noyabr prospektində qeydə alınıb. Belə ki, 90-YU-751 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü zolaqlar arasındakı qırıq xəttin üzəri ilə hərəkət edərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü növbəti yolayrıcında ona yaxınlaşaraq irad bildirib. Bu zaman o, "sənin də xəstən olsa belə edərsən" deyərək maşınında xəstə olduğunu vurğulayıb. Lakin videodan da aydın şəkildə görünür ki, onun təhlükə yaradaraq hərəkət etməsi, onu heç də qabağa salmayıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
23
avtosfer.az

10Mənbələr