AZ

Aşotyan Aİ sammitini Paşinyana dəstək adlandırdı

Ermənistanda sülh prosesinə qarşı çıxan müxalifət nümayəndəsi Avropa liderlərinin İrəvana səfərini hədəfə alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş hakimiyyətinə yaxın revanşist düşərgənin nümayəndələrindən biri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitini tənqid edib.

Aşotyan jurnalistlərə açıqlamasında bildirib ki, mayın 4-də keçiriləcək 8-ci sammitin Ermənistanda təşkili baş nazir Nikol Paşinyana birbaşa siyasi dəstəkdir.

Onun iddiasına görə, Avropa liderlərinin məhz seçkiöncəsi dövrdə İrəvana gəlməsi təsadüfi deyil və məqsəd yerli hakimiyyətə dəstək nümayiş etdirməkdir.

Aşotyan bunu “qəbuledilməz addım” adlandıraraq Avropa strukturlarını Ermənistanın daxili siyasi proseslərinə müdaxilədə ittiham edib.

O, həmçinin Avropanın başqa ölkələrdə seçki proseslərinə müdaxiləni tənqid etdiyini, amma Ermənistanda oxşar addım atdığını iddia edib.

Müxalif siyasətçi bildirib ki, Paşinyan bu tədbiri daxili siyasi məqsədlər üçün istifadə etməyə çalışacaq və sammiti özünün seçki kampaniyasına çevirmək istəyəcək.

Aşotyan sammitin rəsmi loqosu ilə bağlı da istehzalı çıxış edib və öz partiyalarının alternativ simvol təqdim etdiyini deyib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək. Eyni günlərdə Ermənistan–Aİ ilk sammiti də planlaşdırılıb. Mayın 8-də isə Ermənistanda parlament seçkiləri üzrə rəsmi təşviqat kampaniyası başlayacaq.

Musavat.com

Seçilən
45
50
musavat.com

10Mənbələr