AZ

Boynunu şifer kəsən 74 yaşlı kişi öldü

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və boyun hissəsini şiferin kəsməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
104
6
qafqazinfo.az

10Mənbələr