AZ

Boynunu şifer kəsən 74 yaşlı kişi öldü

Göygöl rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və boyun hissəsini şiferin kəsməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Seçilən
58
6
bakivaxti.az

10Mənbələr