ABŞ dövlət katibi Marko Rubio aprelin 23-də Vaşinqtonda keçiriləcək İsrail və Livan arasında birbaşa danışıqlarda yenidən iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, CNN-nin yaydığı xəbərdə bildirilir ki, görüşdə ABŞ-nin Livan və İsraildəki səfirləri Mişel İssa və Mayk Hakabi, eləcə də Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edəcəklər.
Qeyd olunur ki, Livan və İsrail danışıqlarda səfir səviyyəsində təmsil olunacaq.
Xatırladaq ki, aprelin 14-də ABŞ-də tərəflər arasında son 43 ildə ilk birbaşa danışıqlar raundu keçirilmişdi.