ABŞ dövlət katibi Marko Rubio aprelin 23-də Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqlarda da iştirak edəcək.
Musavat.com xəbər verir ki, məlumatı CNN mənbəyə istinadən yayıb.
Mənbənin məlumatına görə, danışıqlarda Rubiodan əlavə, ABŞ-ın Livan və İsraildəki səfirləri Mişel İssa və Mayk Hakabi, eləcə də Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edəcək.
Livan və İsrail səfir səviyyəsində təmsil olunacaq.
14 apreldə ABŞ-da İsrail və Livan arasında 43 ildən sonra ilk birbaşa danışıqlar raundu baş tutub. Hər iki tərəf səfir səviyyəsində də təmsil olunub.
Musavat.com