2025-ci ilədək "Birbank"ın çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub.
Marja.az xəbər verir ki, bu haqda məlumatı bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov mətbuat konfransında qeyd edib.
“Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir. Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb",- Fərid Hüseynov deyib.