AZ

Azlıq partiyalarının MSK üzvlüyünə namizədləri müəyyənləşdi

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.

Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov.


Telegram kanalımız
Seçilən
11
8
yenisabah.az

10Mənbələr