Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri dəyişməyəcək.
Beləliklə, azlıqda olan partiyaların MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov.
Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nln səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta