AZ

Metroda baş verən texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir

BAKI, 22 aprel. TELEQRAF

Aprelin 21-də baş verən texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.

Yenilənmiş intervallar:

▫️ “Əhmədli–28 May” — 2 dəqiqə 30 saniyə → 2 dəqiqə 8 saniyə
▫️ “28 May–Dərnəgül” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə
▫️ “28 May–İçərişəhər” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə

Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.

Seçilən
54
4
teleqraf.com

9Mənbələr