Aprelin 21-də baş vermiş texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.
Sabahinfo.az xəbər verir ki, Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
Yenilənmiş intervallar:
▫️ “Əhmədli–28 May” — 2 dəqiqə 30 saniyə → 2 dəqiqə 8 saniyə
▫️ “28 May–Dərnəgül” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə
▫️ “28 May–İçərişəhər” — 5 dəqiqə → 4 dəqiqə 15 saniyə
Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.