AZ

Mingəçevir və Xırdalanda işığın verilməsində məhdudiyyət olacaq

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

Bu barədə "Unikal"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bundan başqa, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq. 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
11
unikal.az

10Mənbələr