Milli.Az xəbər verir ki, tədbir zamanı raketin paytaxtın İnqilab meydanına gətirilməsi anları videoya düşərək yayılıb və diqqət çəkib. Kadrlarda hərbi texnikanın şəhər mərkəzində nümayişi əks olunub.
Məlumatlara görə, "Xürrəmşəhr 4" raketinin uçuş məsafəsi təxminən 2 000 kilometrə çatır, sürəti isə 8 Max-a qədər yüksələ bilir. Döyüş başlığının çəkisinin bir tondan artıq olduğu bildirilir.
Qeyd edək ki, bu raket İranın ən müasir uzaqmənzilli ballistik sistemlərindən biri hesab olunur və ilk dəfə 2023-cü ildə təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31