AZ

20 milyard dollarlıq xəzinə: Qızıl dolu gəmi üçün robotlar dövrədə FOTO

ain.az, Milli.az saytına istinadən bildirir.

Karib dənizinin dərinliklərində yatan və "batmış gəmilərin müqəddəs qədəhi" adlandırılan məşhur San José Galleon gəmisi yenidən dünya gündəmindədir. Kolumbiya sahillərində yerləşən bu əfsanəvi gəmi üçün artıq ilk rəsmi addımlar atılıb və sualtı robotlar vasitəsilə ilk tapıntılar üzə çıxarılmağa başlanıb.

Milli.Az xəbər verir ki, 1708-ci ildə Britaniya donanmasının hücumu nəticəsində batan San José tərkibindəki qızıl, gümüş və zümrüdlərlə dolu nəhəng yükü ilə tarixə düşüb. Bu gün dəyəri təxminən 20 milyard dollar civarında qiymətləndirilən bu xəzinə, gəmini dünyanın ən qiymətli batığına çevirir.

Gəmi dənizin təxminən 600 metr dərinliyində yerləşdiyi üçün bura insan müdaxiləsi olduqca çətindir. Buna görə də tədqiqatçılar ən müasir texnologiyalı sualtı robotlardan istifadə edirlər. Artıq ilk konkret nəticələr əldə olunub:

İlk elmi layihə çərçivəsində dənizin dibindən bir bürünc top, bir neçə qızıl sikkə və çini qab uğurla səthə çıxarılıb.

Robotlar dəniz tabanında qızıl sikkələrlə yanaşı, tarixi əhəmiyyət kəsb edən porselen parçalarını və bürünc topları da qeydə alıblar.

Kolumbiya rəsmiləri bu prosesin bir "xəzinə ovu" olmadığını, tamamilə elmi-arxeoloji araşdırma məqsədi daşıdığını vurğulayırlar. Məqsəd XVIII əsrin dəniz ticarəti və müharibələrinə dair tarixi məlumatları qorumaq və gəminin əsl kimliyini rəsmən təsdiqləməkdir.

Gəminin kimə məxsus olması hələ də hüquqi müstəvidə müzakirə mövzusudur. Kolumbiya, İspaniya və bəzi özəl şirkətlər arasında bu nəhəng xəzinənin sahibliyi uğrunda mübarizə illərdir davam edir.

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
news.milli.az

10Mənbələr