Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - məlumatda bildirilib.
Today, Ambassador Tofig F. Musayev, Permanent Representative of the Republic of Azerbaijan to the United Nations, visited the UN Office of Legal Affairs to sign, on behalf of the Republic of Azerbaijan, the United Nations Convention on International Settlement Agreements… pic.twitter.com/OzyVIyjnk7
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) April 23, 2026